sehiyye.info

Fransada "VAKSİN İNQİLABI": Makronun portretini divardan sökdülər və...

Fransada "VAKSİN İNQİLABI": Makronun portretini divardan sökdülər və...
Fransanın bir çox şəhərlərində yeni növ koronavirus əleyhinə tətbiq edilən vaksinasiyanın məcburi olmasına görə etiraz aksiyaları keçirilir.

Sehiyye.info xarici KİV-ə istinadla xəbər verir ki, ölkə vətəndaşları eyni zamanda sağlamlıq kartının tələb edilməsinə də etirazlarını bildirirlər.

Başda paytaxt Paris olmaqla Lyon, Marsilya, Perpignan, Lille, Toulouse və Çamberry şəhərlərində minlərlə fransalı xəstəxana və baxım evlərində çalışan işçilərə peyvəndin məcburi olmasına etiraz edərək küçələr axışıblar.

Qeyd edilir ki, Çamberrydə bələdiyə binasına daxil olan etirazçılar ölkə prezidenti Emanuel makronun portretini divardan endirib başıaşağı çeviriblər.

Qeyd edək ki, Fransada vaksinasiya prosesinin məcburi olacağını Makron şəxsən elan edib.//publika



REKLAM