sehiyye.info

Nəyə görə vaksinasiya məcburi olmalıdır? - Həkim açıqladı

Nəyə görə vaksinasiya məcburi olmalıdır? - Həkim açıqladı
Nəyə görə vaksinasiya məcburi olmalıdır? Bəziləri düşünür ki can mənimdir, vurdurmuram, lap əcəb edirəm, yoluxaram da özüm bilərəm. Sizə nə? Onsuz da bir gün öləcəyəm də, alnıma nə yazılıb, o da olacaq və s. Məsələ burasındadır ki, insan COVID-19-a yoluxduqdan sonra o dediyi pafoslu sözləri unudur.

Sehiyye.info xəbər verir ki, bu sözləri həkim anestezioloq-reanimotoloq Şahin Məmmədov qeyd edib. Həkim bildirib ki, vaksinin əleyhinə çıxış edən insanlar virusa yoluxduqdan sonra bütün müalicə vasitələrinə müraciət etməyə hazır olur:



“Bunu dəfələrlə gördük, boğulma olan kimi yalvarmağa başlayır, təcili müalicə olunmaq istəyir. Sizə görə çoxsaylı insan, neçə tibb işçisi həyatını riskə atacaq, üstəlik sağalmağınız üçün çoxlu pul xərclənəcək.

Həm insan yoluxduqdan sonra virusu yayan bir maşına çevrilir. Yəni siz yoluxduqdan sonra problem tək sizinlə bitmir. Digər insanlara keçirə bilərsiniz, hansı ki, onların arasında ümumi cəmiyyət üçün vacib şəxslər ola bilər”.



REKLAM