sehiyye.info

Peyvənd vurdurmaq istəyənlərin DİQQƏTİNƏ

Peyvənd vurdurmaq istəyənlərin DİQQƏTİNƏ
İyul ayında COVID-19 xəstəliyinə qarşı peyvənd olunmaq istəyənlər iyunun 29-dan etibarən onlayn qaydada növbə götürə bilərlər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) Lent.az-a verilən məlumata görə, bunun üçün yaşı 18-dən yuxarı olan şəxslər “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməlidir.

Hazırda Azərbaycanda “CoronaVac”, “Vaxzevria”, “Sputnik V” və “Pfizer” peyvəndlərindən istifadə edilir.


Məlumat üçün bildirək ki, peyvənd olunmaq üçün növbəti ay üzrə onlayn növbənin götürülməsi cari ayın son günlərindən başlayaraq mümkün olur.



REKLAM