İndiyədək ölkə üzrə 62 398 tibb işçisi peyvənd olunub
Azərbaycanda peyvəndləmə prosesinin birinci mərhələsi davam edir. Fevralın 2-nə olan məlumata əsasən, ölkə üzrə 62 398 tibb işçisi peyvənd olunub.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Nazirlər Kabinetindən bildirilib.
Birinci mərhələnin növbəti addımı kimi 65 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsinə başlanacaq. Bunun üçün xüsusi qeydiyyat mexanizmi yaradılıb. Fevralın 5-dən etibarən 65 yaşdan yuxarı vətəndaşlar qeydiyyatdan keçiriləcək.
65 yaşdan yuxarı qeydiyyatdan keçmiş hər bir vətəndaşa SMS məlumat göndərilərək peyvəndlənməyə dəvət olunacaq.
Fevralın 8-dən başlayaraq bu yaş qrupuna aid olan vətəndaşlara peyvənd vurulacaq.
Ölkədə bu kateqoriyaya aid olan təqribən 700 000 vətəndaş var.
Bu həftə ölkəyə daha 500 000 doz peyvənd gətiriləcək. Daha sonra alınmış peyvəndlər mərhələlərlə qəbul olunacaq.