“Delta” ştammına yoluxmuş 31 nəfərlə bağlı rəsmi açıqlama tələb edildi: “Nə panikadır bu belə?”
“Delta” ştammına yoluxmuş 31 nəfərlə bağlı rəsmi açıqlama tələb edildi: “Nə panikadır bu belə?”
Daha bir həkim “Delta” ştammı ilə bağlı hansısa narahatlığa əsas olmadığını deyib.
Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyev panika yaratmağın yanlış olduğunu bildirib:
“Azərbaycanda 31 nəfərdə “Delta” ştammı aşkar edilib. Belə rəsmi informasiya olar? İnsanları niyə qorxudursunuz? Gəlin məntiqlə, elmlə yanaşaq. Bu 31 nəfərin vəziyyətini, xəstəliyi necə keçirmələrini öyrənmək lazımdır. Bəlkə heç şikayətləri yoxdur və ya yüngül keçirirlər. Nə panikadır bu belə?”.
Mütəxəssis qeyd edib ki, sözügedən 31 nəfərlə bağlı məlumat verilməlidir: “ Onlardan xəstəliyi ağır keçirən, reanimasiyaya düşən varmı? Və ya neçəsi peyvənd edilib, ya bəlkə peyvənd edilməyənlərdir? Əgər 31 nəfər içərisində ağırlşanlar çoxdursa, o zaman ehtiyatımızı görək. Yoxsa, normal həyata davam etmək lazımdır”.