sehiyye.info

Qax və Zaqatalada mənşəyi məlum olmayan heyvan cəmdəkləri aşkarlanıb

Qax və Zaqatalada mənşəyi məlum olmayan heyvan cəmdəkləri aşkarlanıb
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Qax və Zaqatala rayonlarında istehlaka yararsız heyvan cəmdəkləri aşkar olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Qax rayonunun Güllük kənd sakini Fərrux Davudova məxsus həyətyanı sahədən satış üçün nəzərdə tutulan ümumi çəkisi təxminən 104 kiloqram olan istifadəyə yararsız heyvan cəmdəyi aşkar olunub.

Ətin orqanoleptik baxışı keçirilərkən qaralma, daxili orqanlarında patoloji dəyişiklik müəyyən edilib və istifadəyə yararsız olduğu təsdiq olunub



REKLAM