Öskürək və iybilmənin itməsi olmadan koronavirusun Hindistan ştamını necə müəyyən etmək olar
Əlbəttə ki, bir çoxumuz artıq koronavirusun əsas simptomlarını bilirir.
Söhbət zəiflikdən, öskürəkdən, iybilmənin itməsindən və yüksək temperaturdan gedir.
Lakin bizim qarşımıza yeni “düşmən” çıxıb – COVİD-19-un Hindistan ştamı olan koronavirus “delta”.Onun haqqında nə məlumdur?
Daha çox yoluxdurur, həm böyüklərə, həm də uşaqlara təsir edir. Əsas olan isə - ilkin əlamətlər və simptomlar adilərindən fərqlənir.
Qeyd etmək lazımdır ki, bu məqalə yalnız məlumat xaralteri daşıyır və diaqnozun qoyulmasında istifafə edilə bilməz. Diaqnozu yalnız həkim qoya bilər.
Onun barəsində nə bilirik?
“Delta” ştamı ilk dəfə bu ilin qışında Hindistanda qeydə alınıb. Alimlər və həkimlərin diqqətini virusun yüksək kontagiozluğu cəlb edib: əgər əvvəlki ştamların daşıyıcıları xəstələndikdə infeksiyanı ortalama olaraq 3-4 nəfər ötürürdülərsə, “delta” daşıyıcısı artıq 6-8 nəfəri yoluxdura bilir. Günümüzdə Hindistanda və Böyük Britaniyada yeni koronavirusa yoluxma hallarının əsas səbəbkarı bu ştamdır. Qeyd etmək lazımdır ki, artıq o 80-dən çox ölkədə qeydə alınıb.
Təhlükəsi?
Bu ştama uşaqlar və yeniyetmələr də yoluxa bilir. Qeyd etmək lazımdır ki, bu kateqoriyaya aid olan insanlar koronavirusun əvvəlki versiyalarına, demək olar ki, yoluxmayıb. Həmçinin uşaqlar və yeniyetmələr daha ünsiyyətcildir və bpyüklərdən fərqli olaraq məhdudiyyətlərə o qədər də diqqət yetirmir.
Beləliklə, onlar virusu daha sürətli şəkildə yayırlar.
Həmçinin bu ştama yoluxduqda sizin xəstəxanaya düşmə şansınız daha çox olur. Böyük Britaniyada parılan araşdırmaların nəticəsinə əsasən, “delta” ştamına yoluxan insanların ilk 14 gün ərzində xəstəxanaya yerləşdirilmə riski 2,61 dəfə çoxdur. Ehtimal edilir ki, bu ştam həmçinin ölüm riskini də artırır.
Yaxşı xəbər isə ondan ibarətdir ki, deyəsən məlum vaksinlər yeni ştamdan da qoruya bilir. Amma bunun üçün siz vaksinin bütün dozasını almalısınız və son vaksinasiyadan iki həftə keçməlidir ki, immunitet tam şəkildə formalaşa bilsin. Əgər siz sadəcə ilk dozanı almısınızsa, böyük ehtimal yeni ştama yoluxmaq riskiniz daha az olacaq, lakin bu ondan tam qorunmuş olduğunuz anlamına gəlmir.
Onu necə müəyyən etmək olar?
Ən mürəkkəb və vacib sual: hansı simptomlara əsasən sizdə məhz koronavirusun Hindistan variantının olmasını müəyyən etmək olar?
Britaniyalı və hindistanlı həkimlər qeyd edir ki, xəstəlik bildiyimiz COVİD-19 üçün xas olan öskürək, yüksək temperatur və hətta iybilməni itməsi olmadan keçə bilər. Adətən “delta” ştamına yoluxmuş insanlar növbəti simptomları qeyd edirdilər:
Mədə ağrısı
Ürəkbulanma, qaytarma
Diareya (Ayağın açılması)
İştahanın itməsi
Oynaq ağrıları
Eşitmək qabiliyyətinin itməsi
Boyun nahiyyəsində şişin əmələ gəlməsi
Tonzillit
Hindistanlı həkimlər deyir ki, “delta” ştamına yoluxmuş bir çox pasientdə mədə pozuntusuna bənzəyən əlamətlərsən başqa simptomlar müşahidə edilməyib.