sehiyye.info

Azərbaycan Tibb Universitetində könüllü qanvermə aksiyası keçiriləcək

Azərbaycan Tibb Universitetində könüllü qanvermə aksiyası keçiriləcək
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında könüllü qanvermə aksiyası keçiriləcək.

Sehiye.info bildirir ki,Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, donor qəbulu aprelin 10-dan 20-dək olacaq. Qan qəbulu həftə içi saat 09:00-dan 14:00-a kimi, şənbə günü isə saat 12:00-a qədərdir.

Bildirilib ki, qan verənlər həm həyat xilas edə, həm də pulsuz olaraq qanın ümumi analizi, hepatit B, C, İİV, sifilis testlərindən də keçə bilərlər.

Maraqlanan şəxslərdən klinikanın Qan bankına müraciət etmələri xahiş olunur.



REKLAM