sehiyye.info

Vaksin bazarının yeni tələsi, yoxsa…

Vaksin bazarının yeni tələsi, yoxsa…
“Delta” ştammı ilə bağlı panikanın arxasında hansı maraqlar dayanır?

”Hamımız öləcəyiksə, onda bir-birimizi niyə öldürürük?”

İki ilə yaxındır ki, koronavirus pandemiyası üzündən dünyanın başına gəlməyən iş qalmadı, tətbiq olunan məhdudiyyətlər üzündən işimiz, hərəkət azadlığımız, həyatımız, şəxsi yaşantımız dəyişdi. Dünya mediasında əsas kanallarda yayınlanan xəbərlərin pandemiyanın şişirdilməsinə, tirajlanmasına xidmət etməsi ilə yanaşı, “koronavirus hərəkatı”nın kürəsəl dərman nəhəngi “BigPharma”nın nəzarət etdiyi bazarın idarə edilməsi, vaksin ticarətinin dövlətlərə təkidlə sırınması ilə elə bu şirkətin özü kimi qlobal qazanc resurslarının əldə edilməsinə planlandığını dilə gətirən media qurumları da oldu. Hətta bizim ziyalılardan biri bu fikirləri “konspirasiya” nəzəriyyəsi kimi dəyərləndirərək, onu ortaya qoyanları və inananları da “sarsaq” adlandırdı.

Əlbəttə, hadisələrin alt qatını yox, üst qatını görüb, onunla hər şeyə qiymət verənlərin ilk növbədə öz fikir, düşüncə tərzlərini qaydaya salması lazımdır. O ki qaldı “sarsaqlığa”, peyvənd olunmaq istəyənələrlə yanaşı, istəməyənlərin də öz əsasları və gərəkçələri var və heç kim bir-birini məhz peyvənd olunma qərarı verib-verməmək barəsində ittiham edə bilməz. Bir də unutmayaq ki, “havayı pendir siçan tələsində olur”.

Nə isə. Gələk hazırda üstümüzə virusdan ibarət yaraq-əsləhəsini qurşanıb gələn, biolaboratoriyalarda təptəzə koronavirus isteshsal edənlərin təzə məhsulu “Delta”ya. Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosunun fövqəladə vəziyyətlər üzrə eksperti Katrin Smolvud “Delta” ştammının Avropada və Rusiyada digər variantları sürətlə sıxışdırdığını, Cənubi Qafqaz və Orta Asiya regionlarında da bənzər halların gözlənilən olduğunu diqqətə çatdıraraq bildirib ki, “Koronavirusun “Delta” variantının Cənubi Qafqaz regionunda yayılması ehtimalı yüksəkdir”.



REKLAM