sehiyye.info

Həkim Zöhrab Şamxalov bıçaqlandı.

Həkim Zöhrab Şamxalov bıçaqlandı.
Bakıda tanınmış həkim BIÇAQLANDI - Saxta əlillik sənədinə görə .
5 nömrəli Şəhər Klinik Xəstəxanasının həkim - qastroenteroloqu Zöhrab Şamxalov bıçaqlanıb.

Sehiyye.info xəbər verir ki, sosial şəbəkələrdə bu barədə məlumat yayılıb. İş yoldaşlarının dediyinə görə həkim pasiyentinin oğlu tərəfindən bıçaqlanıb.
Pasiyent atasına əlillik arayışı almaq istəyib. Həkim Zöhrab Şamxalov isə saxta sənəddən imtina edib. Bundan hiddətlənən xəstə həkimə 4 bıçaq zərbəsi vurub.

Xəstəxananın məlumatı gizlətdiyi qeyd olunur. Hazırda komada olan həkimin vəziyyətinin ağır olduğu bildirilir. Həkimin daun sindromlu övladı var.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə yaratsaq da, məlumat ala bilmədik. 5 nömrəli xəstəxanadan isə zənglərimizə cavab verən olmayıb.//Bizim.Media




REKLAM