Həkim çağırış etdi: “Həftəsonu qadağaları qüvvədə qalmalıdır”
“Həftəsonu qadağalarının qalması məqsədəuyğundur”.
Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Adil Qeybulla deyib.
“Biz bir müddət bu məsələni ciddi şəkildə izləməliyik. Ola bilər ki, bu gün mövcud olan qərarlara, yəni sosial həyatın ayrı-ayrı sahələrində gedilən yumşaldılmalara yenidən baxılsın. Bütün bunlar əhalinin təhlükəsizliyi üçündür. Qərarlar epidemioloji vəziyyətə uyğun verilir.