Azərbaycanlı professor İstanbul Universitetində mühazirə deyib
Azərbaycan Tibb Universitetinin mütəxəssisləri mütəmadi olaraq xarici ölkələrdə master-klasslar keçir, mühazirələrlə çıxış edirlər. Bu günlərdə T.e.d.Professor Vaqif Qələləndərli İstanbul Universitetində mühazirə verib.
Sehiyye.info Tibb Universitetinin məlumatına əsasən xəbər verir ki,Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, Professor Vaqif Qələndərli bildirir ki, aprelin 3-də İstanbul Universiteti Tibb fakültəsində “Bas, boyun və üzün müxtəlif nahiyəsinin bərpa əməliyyatlarında yeniliklər” mövzusunda çıxış edib: “Bu sahədə ABŞ - ın Florida Universiteti tərəfindən tədris olunan dərslikdə baş və boyun nahiyəsinin bərpa əməliyyatlarında mənim yaratdıgım yeni metodikanın salınması xüsusi qeyd olundu, bu metodika ilə bağlı geniş müzakirə aparıldı. Dünya səviyyəli universitetin dərsliyinin XX fəslində mənim yaratmış oldugum metodikanin tədrisi yuksək qiymətləndirildi”.
Muhazirənin sonunda professor V.Qələndərliyə təşəkkür bəlgəsi verilib. Plastik və rekonstruktiv cərrah türkiyəli həmkarları ilə birlikdə cərrahiyyə əməliyyatında da iştirak edib. Professor Vaqif Qələndərli İstanbul Universitetinin rektoru Prof. Mahmut Ak və Plastik və Rekonstruktiv Cərrahiyə Ana Bilim Dalı Başqanı Prof.Üfuk Eməklinin mühazirənin təşkilində böyük rolu olduğunu bildirir.
Qeyd edək ki, sözügedən metodika ABŞ-da nüfuzlu Florida universitetində Rui Fernandesin muəllifi olduğu “Local and Regional Flaps in Head & Neck Reconstruction” A Practical Approach dərsliyinin 20-ci fəslində “Daxili döş arteriyası cərrahiyyəsi: yeni flebin təsviri” adlı bərpa üsulu rezidentlərin və bu sahənin mutəxəssisləri üçün "Vaqif Qelender" metodikası kimi tədris olunur.
Vaqif Qələndərlinin altı yeni cərrahiyyə metodu, 78 elmi əsəri xarici ölkə jurnallarında və konfranslarında nəşr olunub. O, 2 dəfə dirsəkdən qopmuş qolun 6 saat və 8 saatdan sonra təkrar yerinə replantasyası (bərpa olunması) əməliyyatını müvəfəqiyyətlə həyata kecirib. 32-dən çox xarici ölkə elmi konfranslarında məruzəçi olarag iştirak edib.