sehiyye.info

Hindistanda peyvəndləmə zamanı dünyanın ən yaşlı insanı üzə çıxdı

Hindistanda peyvəndləmə zamanı dünyanın ən yaşlı insanı üzə çıxdı
Hindistanlı həkimlər koronavirusa qarşı vaksinasiya zamanı təsadüfən dünyanın ən yaşlı qadınını aşkar ediblər.

Bu barədə “Metro” nəşri xəbər verir.


Belə ki, Baramul şəhərində həkimlər evdə vaksinasiya aparanda xəstələrdən biri 124 yaşlı Rehti Bequm olub.

Təsadüf nəticəsində yaşı üzə çıxan Rehti Bequm 2018-ci ildən bəri Yer üzündə yaşayan ən yaşlı insan heab edilən yapon qadın Kane Tanakadan altı yaş böyükdür. Bundan əlavə, hindistanlı uzunömürlü 1997-ci ildə 122 yaşında vəfat edən fransalı Janna Kalmandan da yaşlıdır - o, bu günə qədər yaşamış ən yaşlı insan hesab olunur.

Həkimlərin sözlərinə görə, Rehti Bequm koronavirusa qarşı peyvənd olunub.



REKLAM