Üç aylıq körpəni binadan atdı - Səbəb dəhşətə gətirir
Moskva şəhər prokurorluğu rəfiqəsinin uşağını pəncərədən küçəyə atan qadın barəsində 18 il altı aylıq həbs qərarı çıxarılmasını tələb edib.
Sehiyye.info itar-tass-a istinadən xəbər verir ki, ittiham olunan qadın tanışının evinə gəlib. Və o mağazaya gedəndən sonra üçaylıq uşağı 13 mərtəbədən yerə atıb. Bu vəhşiliyin səbəbini isə uşağın anası ilə aralarında yaşanan münaqişə ilə əlaqələndirib. Daha sonra isə psixi problemi olduğunu bildirsə də, həkimlər onun yalan dediyini müəyyən ediblər.//milli.az