sehiyye.info

Səhiyyə Nazirliyindən çimərliklərə gedənlərə XƏBƏRDARLIQ

Səhiyyə Nazirliyindən çimərliklərə gedənlərə XƏBƏRDARLIQ
“İnsanlar çimərliyə gedəndə çox vaxt hazır qidalar götürürlər. Bəzən şikayətlər alırıq ki, vətəndaş çimərlikdən qayıtdıqdan sonra özünü narahat hiss edir. Bu narahatlığın da kəskin mədə-bağırsaq sisteminin pozulması, yaxud qida zəhərlənməsi olduğunu təyin etmək çətin olur”.

Bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov “Ekspert saatı”nda deyib.

Mütəxəssis çimərliyə gedən vətəndaşlara tez xarab olan məhsulları aparmamağı məsləhət görüb: “Çünki çimərliklərdə qida saxlanılması üçün münasib şərait yoxdur. Bundan başqa, çimərlik ərazisində tez xarab olan məhsul satışı olur. Həmin məhsulların alışı məsləhət deyil. Eyni zamanda bostançılıq məhsullarını, eləcə də geyimləri çimərlik ərazisinə tullamaq olmaz. Anti-sanitariya şəraiti ilə bağlı diqqətli olmaq lazımdır”. (report)



REKLAM