Azərbaycanda 15 yaşlı qız ana oldu
Ağcabədi rayon Mərkəzi Xəstəxanasında 15 yaşlı qız ana olub.
Sehiyye.infonun "Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, hamilə vəziyyətdə rayon mərkəzi xəstəxanasına gətirilən 2006-cı il təvəllüdlü S. İ-nin övladı dünyaya gəlib.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə 16 yaşdan aşağı şəxslə cinsi əlaqədə olmaq cinayət sayılır. Nikaha girməyə isə 18 yaşı tamam olmuş şəxslərə icazə verilir.