UST-dən koronavirusun mənşəyi ilə bağlı AÇIQLAMA

“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni koronavirusun mənşəyini müəyyənləşdirmək üçün işlərini davam etdirir, lakin tezliklə nəticə gözləmək düzgün olmaz”.
Sehiyye.info Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə ÜST-nin Təcili yardım proqramının direktoru Maykl Rayan bildirib.
UST rəsmisi nəticələrin belə tez ərsəyə gəlməsinin mümkünsüz olduğunu deyərək səbirli olmağı tövsiyə edib:
“Məsələni siyasiləşdirməyi dayandırmaq, elm adamlarına işləməyə şərait yaratmaq lazımdır. Yeni məkana ehtiyac var, Əlavə araşdırmalar aparılacaq”.