sehiyye.info

Poliklinikalarda sıxlığın yaranmasına səbəb nədir? – NAZİRLİK SƏBƏBİNİ AÇIQLADI

Poliklinikalarda sıxlığın yaranmasına səbəb nədir? – NAZİRLİK SƏBƏBİNİ AÇIQLADI
Azərbaycanda poliklinikalarda sıxlıq yaranıb. Koronavirusa qarşı peyvənd vurdurmaq üçün çox sayda insan xəstəxanaya topçaşıb. Nəticədə həssas qrupa daxil olan insanlar peyvənd vurdurmaq üçün getdikləri yerlərdə uzun növbələrdə dayanır, bir-biri ilə təmasda olurlar.
Səhiyyə nazirliyindən Hurriyyet.az-a bildirilib ki, problemin yaranmasına səbəb məntəqələrə müraciət edənlərin 90 faizinin qeydiyyatdan keçməməsidir:

“Operativ Qərargahın sonuncu brifinqindən sonra peyvəndlə bağlı məntəqələrə gələn vətəndaşların sayı dəfələrlə artıb. Qeyd olunub ki, problemlərdən biri də məntəqələrə müraciət edənlərin 90 faizinin qeydiyyatdan keçməməsidir. Onların qeydiyyata alınması müəyyən vaxt alır, bu, onlayn qeydiyyatdan keçən vətəndaşların narazılığına səbəb olur. Çünki canlı növbədə olanlar onlayn qeydiyyatdan keçən vətəndaşların poliklinikaya daxil olmasına etiraz edirlər. Bilirsiniz ki, poliklinikalarda xüsusi mühafizə xidməti yoxdur, işləyən həkimlərin də əksəriyyəti qadındır. Bu səbəbdən növbəni tənzimləməkdə problemlər yaranır. Vətəndaşlarımızdan məntəqələrə gələrkən məsafəyə və növbəyə riayət etmələrini xahiş edirik. Sıxlıq yaradılanda həkimlərin də işində problem yaranır”.



REKLAM