Kişilər ağıllı qadınları niyə sevmirlər? MARAQLI FAKTLAR
Kişilər çox vaxt güclü və ağıllı qadınlardan çəkinirlər. Çünki, bunun öhdəsindən gələ bilməyəcəklərini düşünürlər. Niyə kişilər ağıllı qadınları sevmir?
Sehiyye.infonun Türkiyə mətbuatına istinadən verdiyi məlumatda məsələ ilə bağlı aşağıdakılar qeyd olunub.
Özlərini daha üstün görmək istəyirlər
Kişilərin eqolarını şişirtmək üçün həmişə yaxşı səbəbləri var. Ancaq, ətrafında hər hansı bir rəqib olan kimi narahatlıq keçirirlər. Bu “təhlükə” həm öz cinslərindən, həm də qarşı cinsdən yarana bilər. Əksər kişilər münasibətlərində bu qorxuya əsasən, bəzi seçimlər edirlər. Yəni, güclü və ağıllı qadınları özləri üçün bir təhlükə olaraq görüb, onlarla münasibət qurmaqdan çəkinirlər. Özləri arxa planda olduqda bu vəziyyət asanlıqla qısqanclığa çevrilə bilər.
Nəzarət məsələsi
Ağıllı bir qadın münasibətlə bağlı qərarlarda arxa planda dayanmayıb, fikirlərini açıq şəkildə ifadə edəcəkdir. Kişilər isə maraqlarını təhlükəyə atmağı sevmir və alınan qərarların sorğulanmasını istəmirlər. Ağıllı qadınları isə idarə etmək daha çətindir. Ağıllı bir qadınla birlikdə olan kişi, münasibətdəki nəzarət mexanizminin məntiqi sərhədlər və qarşılıqlı empatiya çərçivəsində müəyyən edilə biləcəyini bilir. Bundan qorxan kişilər isə öz səlahiyyətlərini sarsıda bilmədikləri üçün ağıllı qadınlarla münasibət qurmaqdan çəkinirlər.
Kompleksli kişi zəif qadın istəyir
Əlbəttə ki, kompleksi olmayan kişilər güclü bir qadınla birlikdə olmaqdan çəkinmirlər. Ancaq, zəif, kompleksli kişilər zəif qadınları seçir. Ağıllı kişilər isə ağıllı qadınlarla birlikdə olmaq istəyirlər. Güclü bir kişi niyə zəif bir qadının yanında olsun? Kompleks böyük bir zəiflikdir. Güclü bir qadın olsun, ya olmasın, kişinin gücünü burada başa düşmək olar. Hər uğurlu kişinin arxasında bir qadın olduğu kimi, hər ağıllı qadının da arxasında güclü və dərrakəli kişi dayanır.
Yalan danışdığınızı dərhal biləcəklər
Həyatının mənası dürüstlük olan ağıllı qadınlara yalan danışmağı düşünməyin. Çünki, hər hansı bir yolla yalan danışdığınızı hiss edəcək. Bəli, biz insanıq və səhv edə bilərik. Güclü qadınlar da bu vəziyyəti başa düşəcək qədər yetkindirlər. Əgər, bir dəfə yalan danışsanız, bunun ardı gələcək və çıxılmaz vəziyyət olacaq.
Aldadılmağa dözə bilmirlər
Ağıllı qadınların dözə bilməyəcəyi tək şey, onlara yalan danışan birisidir. Bu səbəbdən həyat yoldaşlarının sözünə etibar edə bilən biri olmasını istəyirlər. Əgər, hər hansı bir yolla yalan danışdığınızı hiss edirsə və ya verdiyiniz vədə əməl etmirsinizsə, çox məyus olacaqlar. Bu xəyal qırıqlığından qurtulmanın yeganə yolu sizi həyatlarından çıxarmaqdır.
Səni gözləmək məcburiyyətində hiss etməz
Təəssüf ki, insanların çoxu qeyd-şərtsiz sevgi ilə necə davranacağını bilmir və qaçmağı seçir. Ancaq, ağıllı bir qadın üçün sevdiyi kişinin həyatından çıxmasını izləmək göründüyü qədər çətin deyil. Çünki, güclü bir qadın əvvəlcə öz dəyərini bilir. Dəyərini qiymətləndirməyən birinə yazığı gəlmir və uzaqlaşır.
Mübahisələrdən qaçmaq
Əksər mübahisələr, hamının mənafeyinə uyğun məntiqi qərar verməkdənsə, kimin haqlı olduğuna dair bir yarışmaya çevrilir ki, bu da mübahisənin əsl məqsədidir. Kişilər öz sosial rollarında mahiyyətcə daha üstün olduqlarını, müzakirələrdə həmişə haqlı olmaları lazım olduğu fikrini düşünürlər. Ancaq, bu heç də belə deyil. Mübahisənin digər tərəfində ağıllı bir qadının olması bəzi kişilərin heç istəmədiyi bir şeydir. Çünki, bu vəziyyətdə haqlı olmaq məcburiyyətində olmadığını bilirlər.
Hesabat aparmaq məsələsi
Məsələnin hüdudlarına ağ yalanlar əlavə etmək mümkündür. Əlbəttə, bu və bənzər nümunələri kişilərlə məhdudlaşdırmaq mümkün deyil. Eyni nümunələr qadınlara da aid edilə bilər. Ancaq qarşında ağıllı bir qadının olduğunu bilən kişi münasibətlərdə addımlarını daha diqqətlə atmalı olacaq. Ağıllı qadınların sadə hiylə ilə idarə oluna bilməyəcəyini bilən və bu səbəbdən münasibətdən qorxan kişi çəkinir.
sia.az