sehiyye.info

Bu ölkə 3 gündür rekord qırır - Pandemiyanın yeni mərkəzinə çevrildi

Bu ölkə 3 gündür rekord qırır - Pandemiyanın yeni mərkəzinə çevrildi
Ötən gün ərzində Hindistanda COVID-19 infeksiyasına 87 min 115 yoluxma qeydə alınıb. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 4 milyonu ötüb. Hindistan koronavirusa yoluxma sayı 4 milyonu ötən üçüncü ölkədir.
Sehiyye.info pandemiyanın statistikasını aparan “Worldometer” saytına istinadla xəbər verir ki, son günlər koronavirus infeksiyasının yeni episentrinə çevrilən Hindistanda ötən günə olan yoluxma sayı həm də ölkədə COVID-19-a rekord sayda sutkalıq yoluxma halıdır. Ardıcıl 3 sutkadır ki, Hindistanda gündəlik yoluxma sayı 80 mindən çox olub. Son bir neçə gündə Hindistan gündəlik yoluxma hallarının sayına görə dünyada birincidir.

Sentyabrın 4-də COVID-19 infeksiyası səbəbindən 1066 ölüm qeydə alınıb. Bununla da Hindistanda pandemiya qurbanlarının sayı 69 min 635-ə çatıb.

Qeyd edək ki, Hindistanda virusa yoluxanların ümumi sayı iyulun 16-da 1 milyonu, avqustun 6-da 2 milyonu, avqustun 22-də isə 3 milyonu ötüb. Ölkə COVID-19 virusuna yoluxma və ölüm sayına görə ABŞ və Braziliyadan sonra üçüncü sıradadır.//publika



REKLAM