sehiyye.info

Bakıda 9-cu sinifdə oxuyan qız 4 oğlanla cinsi əlaqədə oldu – ŞOK FAKTLAR (VİDEO)

Bakıda 9-cu sinifdə oxuyan qız 4 oğlanla cinsi əlaqədə oldu – ŞOK FAKTLAR (VİDEO)
Bakıda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan şəxs barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sehiyye.info xəbər verir ki, Nizami rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə 2002-ci il təvəllüdlü Vidadi M. barəsində Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə açılmlış cinayət işi üzrə məhkəmə prosesində maraqlı faktlar üzə çıxıb.

Belə ki, V.M 2004-cü il təvəllüdlü və hadisə vaxtı 16 yaşı tamam olmamış Nərminlə (ad şərtidir) Nizami rayonunda yerləşən 272 saylı məktəbdə orta təhsil alıb. 2019-cu ildə Vidadi instaqram sosial şəbəkəsində ondan 2 sinif aşağı olan Nərminə dostluq təklifi göndərərək söhbət etməyə başlayıblar. Nərminin daha əvvəl məktəbdən tanıdığı İbrahim adlı oğlanla sevgili olmasını bilən gənc onların münasibətlərinin pozulduğunu öyrənib. Bir neçə gün sonra yeniyetmə qızla gənc oğlan görüşmək qərarına gəliblər və söhbət edə-edə Vidadinin işlətdiyi «Joker playstation club»a gəliblər. Burada oyun oynayan sevgililər Vidadinin təklifi ilə cinsi əlaqədə olub. Bu zaman Nərmin bakirə olmadığını bildirib və 17 yaşlı Vidadi ilə həm təbii, həm də qeyri-təbii yolla cinsi əlaqədə olub. Oyun klubunda 2019-cu ilin sonu-2020-ci ilin əvvəlində bir neçə dəfə cinsi əlaqədə olandan sonra qız Türkiyədə yaşayan nənəsinin yanına gedib. Bir müddət sonra o, Bakıya qayıtdıqdan sonra Vidadinin sinif yoldaşı Vüqarla görüşməyə başlayıb. Vüqar Vidadiyə bir qonağının gələcəyini bildirirək klubun açarını alıb. O, da qızla elə həmin klubda bir neçə dəfə cinsi əlaqədə olub. Lakin sonradan qızın Vüqar və Vidadi ilə münasibətləri pozulduğundan, o, məktəbdə özündən 4 sinif yuxarı oxumuş Muradla münasibət qurub və müxtəlif ünvanlarda bir neçə dəfə cinsi əlaqədə olub.

Nərmin bu müddət ərzində rəfiqəsi olan Fatiməyə bakirəliyini itirməsi və Muradla cinsi əlaqədə olması barədə etiraf edib. O, da bu barədə ailəsinə, onlar da Nərminin ailəsinə məlumat verib. Bundan sonra qızın qanuni nümayəndəsi Vidadi M. barəsində şikayətçi olub.

İstintaq zamanı yetkinlik yaşına çatmayan qızın əqli vəziyyətinin normal olması, heç bir təhdiq və təzyiqlə üzləşməməsi müəyyənləşib, bədənində zorakılıq əlamətləri aşkarlanmayıb. Həmçinin qızın ailəsi ilə təqsirləndirilən tərəf arasında barışıq əldə edilib.

Məhkəmə Vidadi M. barəsində 1 il müddətində sınaq müddətli olmaqla şərti cəza verib.//publika



REKLAM