sehiyye.info

Çox çay içənlərin nəzərinə: Sümüyü əridir

Çox çay içənlərin nəzərinə: Sümüyü əridir
Çayın tərkibində olan ftorid xüsusən uşaqlarda diş və sümüklərə pis təsir edir, yaşlı insanlarda isə sümüklərin daha tez əriməsinə səbəb olur.



Bununla bağlı Florida Universitetinin mütəxəsisləri tədqiqat aparıblar.



Məlum olub ki, normadan artıq çay içən insanın sümüklərində flyuoroz, uşaqların isə dişlərində fluoroz yaranır.



Əgər çayın dəmləndiyi suyun tərkibi ftorla zəngindirsə, o zaman məsələ daha da qəlizləşir.



Professorlar qeyd edirlər ki, çayın tərkibindəki ftorid haqqında çox az adam bilir. 47 növ adi və bitki çayı üzərində aparılan araşdırma göstərir ki, bu çaylarda ftorid normadan 2-3 dəfə artıqdır.



Amma ftorid sudan əlavə digər başqa ərzaqlarla da orqanizmə daxil olur.



Alimlər gündə 2-3 stəkandan artıq çay içməməyi məsləhət görürlər. Gün ərzində 6 mq-dan artıq ftor qəbul edən insanın sümükləri təhlükə altında qalır.//pravda



REKLAM