sehiyye.info

Çayın faydaları və ziyanları - Bilmədikləriniz

Çayın faydaları və ziyanları - Bilmədikləriniz
Qədimdə Şərq aləmində çayı içki kimi deyil dərman kimi istifadə ediblər, o vaxtdan bəri dünyanın aparıcı tədqiqatçıları bu maraqlı bitki üzərində elmi araşdırmalar aparır.

Nahaq yerə deməyiblər ki, çay min bir dərdin dərmanıdır. Amma dahi Nizami Gəncəvi demişkən min bir dərmanı varsada suda artıq içiləndə dərd verir oda. Artıq və vaxtsız içilən çay da dərd verməkdən başqa bir işə yaramır. Belə ki, tez tez içilən çay orqanizimə mənfi fəsadlar verir.Həkimlər məsləhət görür ki, heç olmasa həftədə iki dəfə səhər yeməyində çayı meyvə suyu ilə və yaxud süd ilə əvəz olunsun. Çünki çayda olan bəzi maddələr qidadan alına biləcək dəmirin miqdarını azaldır.

Sehiyye.info yerli mətbuta istinadən xəbər verir ki, gün ərzində çox çay qəbul etmək əsəb pozğunluğu, qəbzlik, yüksək təzyiq, əl əsməsi, baş ağrısı və yuxusuzluq kimi hallara səbəb ola, revmatizmdən əziyyət çəkənlərə ziyan vura bilər. Həddindən artıq şəkərli çay içmək isə ürək damar, köklük kimi xəstəliklərə yol açır. Bundan əlavə axşam dəmlənən çayı səhər içmək olmaz.

Qaynar çay içmək çox zərərlidir. Qaynar çayı alkoqol və siqaret ilə birgə istifadə etdikdə qida borusunun xərçəngi riski artır.

Doqquz il müddətində həkimlər yaşı 30-dan 79-a qədər olan 456000 insanın sağlamlığını və qida vərdişlərini tədqiq etmişlər. Həmin müddət ərzində 1731 qida borusu xərçəngi aşkar olunub. Alimlər müəyyən ediblər ki, müntəzəm olaraq qaynar çay içən və gündə 15 qramdan az olmayaraq alkohol qəbul edən pasientlərdə onkoloji xəstəliklər 5 dəfə tez-tez muşahidə olunur. Qaynar çay içən və siqaret çəkənlərdə qida borusunun xərçəngi 2 dəfə tez-tez rast gəlinib.

Bir sıra çay mütəxəssisləri yaşıl çayın qara çaya nisbətən daha faydalı olduğunu qeyd edir. Yaşıl çay daha az emala məruz qaldığından lazımlı elementləri itirmir və insana çox xeyir verir.

Ümumiyyətlə isə gün ərzində 4 fincandan artıq və tünd çay içməkdən çəkinin. Əlavə hər bir fincan çay isə bir stəkan su ilə əvəz edin.

Kiçik qaydalara riayət etsəniz, çayın faydaları arta bilər.Məsələn: Çay xərçəng riskini azaldır. Xüsusilə ağciyər, bağırsaq və dəri xərçəngini. Ağır və yağlı yeməklərdən bir saat sonra içilən çay həzmi asanlaşdırır.
Çaya rəng verən birləşmələr damar çəpərlərini gücləndirir. Başda beyin qanaması olmaqla hər cür qanama riskini azaldır. Qan dövranını yaxşılaşdırır. Diş minasını qüvvətləndirir. Diş əti xəstəliklərinə qarşı müqavimət yaradır.
Bədəndəki zərərli maddələri yox edir.Böyrəklərin daha yaxşı işləməsini təmin edir.



REKLAM