sehiyye.info

Kənd təsərrüfatında istifadə olunan "Qlifosat"ağır xəstəliklərə gətirib çıxarır.

Kənd təsərrüfatında istifadə olunan "Qlifosat"ağır xəstəliklərə gətirib çıxarır.
Dünyada kən təsərrüfatı məhsullarına,sahələrə səpilən zəhərli maddə olan "Qlifosat"ölümçül xəstəliklər yaradır.
Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki,bu barədə Rusiya kimyəvi texnologiyalar İnstitutunun professoru Dmitriy Mustafin deyib.
Ziyanverən həşəratlara qarşı işlədilən bu zəhərli maddə məhsullara və tədricən insan orqanizminə təsir edir.
Bu məlumat Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin nümayəndələri tərəfindən də təsdiqlənib. Qlifosat, əhalinin ölüm səbəbləri siyahısında ilk sırada yer alan onkoloji riskini çoxaldır.
Avropa Birliyi ölkələri bu maddənin istifadə olunmasının əleyhinə çıxsalar da,cəmi 9 ölkə səs verib,qalan 20 ölkə isə hələ ki,Qlifosatın istifadəsini zəruri olduğuna səs verib.



REKLAM