sehiyye.info

Professordan yuxusuzluğun ölümcül təhlükəsi barədə XƏBƏRDARLIQ

Professordan yuxusuzluğun ölümcül təhlükəsi barədə XƏBƏRDARLIQ
Rusiyalı professor, somnoloq Olqa Kuruşina xroniki yuxu çatışmazlığının qəfil ölümə səbəb ola biləcəyini söyləyib.

Sehiyye.info xəbər verir ki, ekspert bu barədə REN TV-yə danışıb. Onun sözlərinə görə, dünyada əksər insanlar kifayət qədər yatmır.

“Ən azı bir gecə yuxusuz qalmaq orqanizmin zəifləməsinə və daha tez yorulmasına səbəb olacaq. İkinci gün yaddaş və diqqət azalacaq, üçüncü və ya dördüncü gün epileptik tutmalar başlayacaq. Bundan sonra insan beynində pozğunluqlar baş verəcək. Bu həddə gəldikdə insan ölə bilər. Ümumiyyətlə, yuxusuzluqdan əziyyət çəkənlər daha erkən yaşlarda ölür.

Ay çıxan kimi gözlər yumulur və istirahət dediyimiz proseslər bədəndə aktivləşir. Əslində bu anda beynimiz çox aktiv işləyir. Bu zaman bütün metabolik proseslər aktivləşir və beyin hüceyrələrini metabolik məhsullardan təmizləyir. Beyin sağalır və özünü bərpa edir. Möhkəm yuxu beyni Altsheymer və ya Parkinson kimi neyrodegenerativ xəstəliklərdən qoruyur”, - mütəxəssis qeyd edib.

Yuxu keyfiyyətini artırmağa dair tövsiyələr verən Olqa Kuruşina yatmazdan əvvəl işıqları söndürməyin vacibliyini bildirib:

“Yatmazdan əvvəl pərdələri bağlamalı, yüksək səs çıxaran cihazları söndürməli, cihazlardan istifadə etməməli, televizora baxmamalısınız. İsti hamam qəbul edə və ya bir fincan süd, yaxud bitki çayı içə bilərsiniz. Yaxud da özünüzü daha rahat və təhlükəsiz hiss etdiyiniz bir yerdə yuxuya gedə bilərsiniz. Musiqi yuxu dərmanı ilə eyni təsiri göstərə bilər.

Günü səmərəli və şən notlarda keçirmək keyfiyyətli istirahətin əsas şərtidir. Bu üsullar kömək etmirsə, həkimə müraciət etməlisiniz. Mütəxəssislər yuxu dərmanlarının köməyi ilə qısamüddətli yuxusuzluğun öhdəsindən gələ bilər, ancaq yuxusuzluqdan bir il və ya daha çox əziyyət çəkən xəstə somnoloqlar, psixoterapevtlər və nevroloqlar qrupu tərəfindən müalicə olunmalıdır”.//publika



REKLAM