Yaxşı yuxu üçün nə etmək lazımdır? - 6 QIZIL MƏSLƏHƏT
Təbii istirahət metodumuz olan yuxu fiziki və zehni funksiyalarımızı yerinə yetirməyimiz üçün çox vacibdir.
Sehiyye.info xəbər verir ki, dərmanlar, yüksək səs-küy, siqaret çəkmə, aclıq, toxluq, işıq, qəhvə və stres kimi səbəblər həm yuxu keyfiyyətimizə təsir göstərə bilər, həm də yuxusuz qalmağımıza səbəb olur.
Yaxşı yatmaq üçün əməl edə biləcəyimiz 6 tövsiyəni təqdim edirik:
1. Maqnezium çatışmazlığı yuxusuzluq probleminizin səbəbi ola bilər. Bu problemi həll etmək üçün ispanaq, fındıq, fıstıq, tünd şokolad, badam, qoz və balıq qəbul edə bilərsiniz.
2. Yuxusuzluğun səbəblərindən biri işğın çoxluğu ola bilər. Yatarkən qaranlıq mühitdə olduğunuza diqqət edin.
3. Yatmazdan əvvəl mobil telefonunuzla oynamayın. Ekran işığına məruz qalmaq yuxulamağı çətinləşdirir. Bu səbəbdən yatdığınız zaman mobil telefonu kənara qoyun.
4. Qəhvə daxilində olan kofein sayəsində yuxunuzu qaçıra bilər. Buna görə yatmağa 1-2 saat qalmış qəhvə içməməlisiniz.//publika
5. Dolu mədə ilə yatmaq sizi narahat edəcək və yuxunuzu qaçıracaq. Buna görə axşam yeməyinizi erkən yeməlisiniz.
6. Bitki çayları rahatlanmağa və yuxulamağa kömək edir. Buna görə yatmazdan əvvəl bir stəkan bitki çayı içə bilərsiniz.