sehiyye.info

Birinci xanım Xalq artistinin müalicə xərclərini öz üzərinə götürdü

Birinci xanım Xalq artistinin müalicə xərclərini öz üzərinə götürdü
Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafael Dadaşovun müalicəsini öz üzərinə götürüb.

Sehiyye.info xəbər verir ki,R.Dadaşov "Bona Dea International Hospitalı"na yerləşdirilib və hazırda müalicəsi orada davam etdirilir.
Xalq artisti sosial şəbəkədə açıqlama yayaraq artıq səhhətində müsbət dəyişikliklərin olduğunu bildirib. O, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür edib:

"Artıq səhhətimdə dəyişikliklər hiss edirəm. Hətta deyərdim ki, radikal dəyişikliklər olub. Bugünkü gündə mənə qayğı göstərən Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya çox böyük təşəkkürümü bildirirəm. Çünki məni diqqətsiz qoymadılar. Lazım olan halda, lazımi tapşırıqlar verdilər. Çox sağ olsunlar, minnətdaram".



REKLAM