sehiyye.info

Həkimdən AÇIQLAMA - Səhər yeməyi yeməmisinizsə...

Həkimdən  AÇIQLAMA - Səhər yeməyi yeməmisinizsə...
“Hələ ki, səhər yeməyi yeməmisinizsə, mütləq oxuyun. Axşamdan bəri heç nə yemədiyiniz üçün hazırda mədə və bağırsaqlarda boş sahə yaranıb. Səhər nə yesəniz, bugünkü yeməklərdən əvvəl onlar həzm olunacaq. Bugünkü yeməklər bağırsaqlarda qatar kimi düzüləcək və səhər yeməyi ən qabaqda gedəcək. Sonuncu stansiyaya da ən birinci çatacaq”.
Bunu anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.
O, səhər yeməyində meyvə yeməyi tövsiyə edib:
“Çoxsaylı xəstəliklərin, o cümlədən xərçəng xəstəliyinin əmələ gəlməsində qəbizliyin rolu böyükdür. Səhər yeməyində yumurta soyutması, sosiska qızartması və qaynatması yeməyin. Çayı meyvə ilə için. Tibet təbabətinə görə, səhər isti çay mütləq lazımdır. Mədə bədənin həm də radiatoru vəzifəsini yerinə yetirir. Maşını sürməzdən əvvəl qızdırmaq lazımdır”.(Publika.az)



REKLAM