Kişilərə Görə İdeal Qadın Obrazı ...
İdeal qadın anlayışı nədir? Necə olmalıdır? Bu sualı qarşı cinsin nümayəndələri cavablandırıb və bütün xüsusiyyətlər bir siyahıda toplanıb.
Belə ki, bu siyahıya görə ideal bir qadının oxuma vərdişi olmalıdır. Kişilər qəzetlərin yalnız ilk və son səhifələrini oxuyan və gündəmi izləməyən qadınları söhbət yoldaşı olaraq görmürlər.
Telefonla lazım olduğu qədər danışmalıdır. Qadınların telefon danışmalarını saatlarla uzatmaları kişiləri əsəbiləşdirir.
Ağır makyaj etməkdən, həddindən artıq ətir və çox təəccüblü laklar istifadə etməkdən qaçınılmalıdır. Belə görünən qadınlar daha çox diqqəti cəlb etsə də, kişilərin seçimi təbii və günahsız gözəllikdir.
Televiziya seriallarına asılı olmamalıdır. Həyatını bu seriallara görə proqramlaşdıran və bu saatlarda dünyadan qopan qadınları anlaya bilməyən kişilər, təbii olaraq onlardan uzaqlaşırlar.
Lüks tutqunu olmamalı, alış-veriş əsnasında da məntiqini qoruya bilməlidir.
Spirt və siqaretdən uzaq olmalıdır. Bəyəndikləri qadınları eyni zamanda bir ana namizədi olaraq görən kişilər,pis vərdişləri olan qadınlardan uzaqlaşa bilirlər.
Formasına diqqət yetirməlidir. Amma hər yeməyə 'pəhriz saxlamışam' deyə başlamamalıdır. Çünki bu kişiləri ən çox sıxan sözlərdən biridir...
Yalnız qızlarla deyil,kişilərlə də yoldaş ola bilən qadınlar, kişilərə daha cazibədar gəlir. Belə qadınlarla daha asan və yaxşı ünsiyyət qura bilirlər.
Uşaq təqlidi edərkən yorucu olmamalıdırlar. Qadınların şirin olmaq adına etdikləri kiçik uşaq təqlidləri yerində və dozasında olmadığında,kişilərdə tərs reaksiya yarada bilir.
Qısqanc olmamalıdır. Sevgilisini davamlı sorğulayan və izləyən qadınlar, özlərinə güvənmədikləri təsəvvürü yaradaraq cazibədarlıqlarını itirə bilirlər.
İç dünyasında dinc ola bilməlidir. Keçmişdə yaşadığı psixoloji problemləri və ailə problemlərini təhlil edə bilməmiş qadınların, kişilərin gələcək planlarına girmələri çətinləşir.
Öz ayaqları üzərində dayana bilməlidir. Heç bir işlərini bir kişinin köməyi olmadan edə bilməyəcəyini düşünən qadınlar, kişilərdə əvvəllər bir qoruma duyğusu yaratsa da, bir müddət sonra bu, onları bezdirir.