sehiyye.info

Taşovadan HƏYƏCAN TƏBİLİ: "Yoxsa üçüncü dalğa baş verəcək..."

Taşovadan HƏYƏCAN TƏBİLİ: "Yoxsa üçüncü dalğa baş verəcək..."
Türkiyəli infeksionist Yeşim Taşova pandemiyadan qurtulmaq üçün cəmiyyətin 70 və ya daha çoxunun peyvəndlənməli olduğunu bildirib.

Sehiyye.info Publika.aza istinadla xəbər verir ki, həkim peyvəndlənmə işlərinin sürətləndirilməsinin əhəmiyyətindən söz açıb:

“Peyvəndlənmə sürətlənməsə və ya insanlar karantindən bezib qaydalara əməl etməsə, tezliklə üçüncü dalğa baş verəcək. Virusun yeni mutasiyaları daha yoluxucudur. Bəzən yoluxma sayında artım görürük. Bu, bizi çox qorxudur. Üçüncü dalğa ola bilər, çünki cəmiyyətin 70 faizində hələ virusa qarşı immunitet yaranmayıb. Kütləvi immunitet formalaşmadığı müddətdə xəstələrin sayı da çox olacaq. Mutasiyalar səbəbiylə peyvəndlərin antikor yaradacağı və nə qədər qalacağı hələ dəqiq məlum deyil. Lakin vaksin xəstəliyi daha yüngül keçirtməyə və nəzarətdə saxlamağa kömək edəcək”.



REKLAM