sehiyye.info

Saxta ətirlər xərçəngə yol açır - Professordan xəbərdarlıq

Saxta ətirlər xərçəngə yol açır - Professordan xəbərdarlıq
Türkiyəli professor Oğuz Özyaral bildirib ki, saxta ətirlər ciddi xəstəliklərə yol aça bilər.

Sehiyye.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxta ətirlər nəfəs yollarında ciddi problemlər yaradır. O.Özyaral hər kəsi parfum alarkən telefondakı proqramlar sayəsində barkodu yoxlamağı tövsiyə edib.

“Kosmetologiyada bəzi istehsal texnologiyaları istifadə olunmalıdır. Saxta ətirlər nəinki büdcənizə ziyandır, eyni zamanda zəhərlənmələrə səbəb olur, dərini qıcıqlandırır. Kosmetik məqsədlə hazırlanmayan spirt dəridə xərçəng yarada bilər”, - həkim qeyd edib.//publika



REKLAM