sehiyye.info

Saxta balı necə təyin etmək olar ?

Saxta balı necə təyin etmək olar ?
Sənayeləşmə o qədər inkişaf edib ki, hazırda təmiz balla saxta balı bir-birindən ayırmaq çətin olur. Bunu ayırmaq üçün mövcud üsullardan bir neçəsini həkim-fitoterapevt Füzuli Hüseynov deyib.

O bildirib ki, balın tərkibinə daxil olan qlükoza, fruktoza, qalaktoza və s. kimi karbohidratlar sintetik üsullarla alınaraq şəkər tozundan hazırlanmış şərbətə qarışdırılır və saxta bal hazırlanılır. Saxta bal adi şəkər tozundan bişirilmiş qatı şərbətdir, burada təbii bitki nektarından söhbət gedə bilməz. Zahirən təbii bala bənzəsə də, orqanizm üçün çox ziyanlıdır, daim istifadə edəndə şəkər xəstəliyinə səbəb olur.

Sehiyye.info AZƏRTAC-a istinadən bildirir ki, balı tanımaq üçün bir neçə üsuldan istifadə etmək olar. Məsələn, balı qaşıqla götürəndə nazik tellərin dartılaraq tez qırılması və qırılan kimi sürətlə dartılması onun keyfiyyətsizliyinin əlamətidir. Keyfiyyətli balın qoxusu burunu qıcıqlandırmadığı halda saxta bala qarışmış sintetik esens ətirlərində bunun tam əksi müşahidə olunur.

Bir qaşıq bal bir stəkana qoyularaq üzərinə qaynar su töküləndə keyfiyyətli bal tez dağılmır, suya tez qarışmır, saxta bal isə əksinə suya tez qarışır.

Saxta bal dartılanda hörümçək toru kimi havada uçur. Qaşıqla yuxarı qaldırıb axıdanda saxta bal qırıq-qırıq, təbii bal isə davamsız olaraq qırılmadan axır. Bundan başqa, təbii balla şərbət hazırlananda bulanıqlıq verir, saxta bal isə şəffaf olur.



REKLAM