sehiyye.info

Azərbaycan: bəzi dərmanlar niyə tapılmır?

Azərbaycan: bəzi dərmanlar niyə tapılmır?
Son zamanlar müalicə üçün həkimə müraciət edən xəstələrin müalicə effektinin aşağı olması, lazım olan dərmanların çatışmamasıdır.
Sakinlər deyirlər ki, onlara lazım olan dərmanın əvəzinə daha baha qiymətə əvəzedici dərmanlar təklif edilir.Protokol qaydalarına uyğun olan dərmanlar yoxdur.Əvəzedicilər var,Bu əvəzedicilər müxtəlif firmalar tərəfindən gətirilir və tərkibi məlum deyil.Üstündə yazılanlarla təsiri heç uyğun gəlmir.
Sehiyye.info həkim nevropatoloq,epileptoloq Etiram Alişanovun bu barədə fikirlərini sizə çatdırır.
Etiram həkimin fikrinə görə nevroloji xəstəliklərin tam müalicəsi çox nadir hallarda baş verir.Lakin mütəmadi olaraq dərmanlardan istifadə edilməlidir.
Elə dərmanlar var ki,onu başqa dərmana əlavə olaraq yazmaq lazımdır.Lakin xəstə bu dərmanın tapılmamasından şikayətlənir.
Epilepsiyalı xəstələrə mütəmadi sərmanlar verilməlidir ki,onları qıcolma tutmasın.Eləcə də,nevroz xəstələri,panik atak və s.simptomları sakitləşdirici dərmanlarla özlərini idarə edirlər.Bu dərmanların tapılmasında xəstələr çətinlik çəkirlər.
Dərman firmaları isə bu barədə susurlar.Bəzi firma nümayəndələri isə,"Tərkibi eyni olan əvəzedicilər var"deyirlər.
Sehiyye Nazirliyi isə,kifayət qədər dərman mövcudluğunu qeyd edir.
Azərbaycan: bəzi dərmanlar niyə tapılmır?



REKLAM