sehiyye.info

Elmə məlum olmayan heyvan aşkarlandı - VİDEO

Elmə məlum olmayan heyvan aşkarlandı - VİDEO
Primorski diyarında heyvan hüquqları fəalları meşədə elmə məlum olmayan bir heyvan tapıblar.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, mütəxəssislərin fikrincə, videoya düşən heyvan böyük ehtimalla albinos rakun iti və ya məşhur "ağ" Benqal pələnginə bənzər nadir bir genetik mutasiyanın daşıyıcısıdır.

Heyvan müfəttişlərin reydi zamanı obyektivə tuş gəlib. Kadrlarda tüklü heyvanın əvvəlcə qarda kolların arxasında gizlənməyə çalışdığı və sonra qaçdığı görünür.



REKLAM