Pakistanda həkim körpə uşağı satdı.
![]()
Pakistanda valideynləri tibbi xərcləri ödəyə bilmədiklərini etiraf etdikdən sonra həkim yeni doğulmuş körpəni satdı.
Sehiyye.info xəbər verir ki,bu Daily Star yazır.
Gənc cütlük pulla bağlı problemlərdən danışdıqdan sonra yerli həkim uşağı zorla onlardan alıb uşaqsız bir ailəyə satdığı qeyd olunur. Valideynlərin dediyi kimi, doğuş xərcləri barədə vaxtında düşünə bilmədilər.
Valideynlər həkimin körpəsini satdığını öyrəndikdən sonra polisə müraciət etdilər. Hüquq-mühafizə orqanları uşağı qanuni valideynlərinə qaytardı və həkim isə qısa müddətə nəzarətə alındı, lakin tezliklə sərbəst buraxıldı. Eyni zamanda, xəstəxana rəhbərliyi cütlükdən ona qarşı ittiham irəli sürməmələrini xahiş etdi.