sehiyye.info

Xına gecəsi qaçan qız ÖLDÜRÜLDÜ - Qətlin üstü 12 il sonra AÇILDI - FOTO

Xına gecəsi qaçan qız ÖLDÜRÜLDÜ - Qətlin üstü 12 il sonra AÇILDI - FOTO
Xınasından qaçan gənc qız adətin qurbanı olub. Onun öldürüldüyü 12 il sonra məlum olub.

Sehiyye.info xəbər verir ki, hadisə Türkiyənin Hakkari şəhərində baş verib.

Belə ki, 2009-cu ildə qızların futbol komandasında oynayan Sariye Çetinin atası təkidlə onu qonşusu, həmçinin də qohumunun oğlu ilə məcburi evləndirmək istəyib. Lakin qız bu evliliyə qarşı çıxıb. Bütün etirazlarına baxmayaraq, ailəsini inandıra bilməyən Sariye xına gecəsi evdən qaçıb.

Qohumlarının bir müddət axtardığı Sariye tanışlarının evində tapılıb. Ata evinə zorla gətirilən Sarıye qısa müddətdən sonra yenidən yoxa çıxıb.

Sariyenin itkin düşməsindən bir neçə gün sonra ailəsi polisə bununla bağlı müraciət edib.

Məlum olub ki, qohumu ilə məcburi evləndirildiyi üçün qaçan 19 yaşlı qız namus üstündə öldürülüb.

Qətl hadisəsinin üstü illər sonra "Vicdan sahibi" adlı gizli şahidin ifadəsi ilə açılıb.

Sariyenin atası da daxil olmaqla, 7 nəfər ömürlük həbs cəzasına məhkum edilib.//sonxeber



REKLAM