sehiyye.info

Bakıda 17 yaşlı qız xəstəxanadan qaçıb: “27 gündür xəbər yoxdur” - FOTO

Bakıda 17 yaşlı qız xəstəxanadan qaçıb: “27 gündür xəbər yoxdur” - FOTO
Bakıda 17 yaşlı qız xəstəxanadan qaçıb.

Sehiyye.info oxu.az-a istinadən bildirir ki, qızı yanvarın 15-də müalicə aldığı 1 saylı Respublika Psixiatriya Xəstəxanasından qaçıb:

"Qızım Maştağada həmin xəstəxanada müalicə alırdı. Yanvarın 15-də xəstəxanada işçilərin səhlənkarlığı ucbatından iki nəfər qız ilə birlikdə qaçıb. Onunla qaçan uşaqlar tapılıb, amma mənim qızım tapılmayıb. Artıq 27 gündür qızımdan bir xəbər yoxdur. Polisə də məlumat vermişik".

Atanın sözlərinə görə, qızı artıq bir neçə dəfə xəstəxanadan qaçıb:

"Əvvəl də xəstəxanadan qaçmışdı. Lakin 3-4 gün sonra tapılmışdı. Bu dəfə qayıtmayıb, xahiş edirəm ki, qızımı görənlər mənə məlumat versin".

İtkinlə bağlı məlumatı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis şöbəsindən Oxu.Az-a təsdiq ediblər. Bildirilib ki, axtarışlar davam etdirilir.

İtkin düşən qızın atasının əlaqə nömrəsi : +994-55-476-15-11

Bakıda 17 yaşlı qız xəstəxanadan qaçıb: “27 gündür xəbər yoxdur” - FOTO



REKLAM