Həkimlər virusa görə xəstəxanadan qaçıb.
Son məlumata görə, Rusiyada 40 minə yaxın insan koronavirusa yoluxub. Son günlər ərzində 5 mindən çox adamda virus aşkarlanıb.
Rusiyanın Ufa şəhərində karantinə bağlanan xəstəxanadan yeddi həkim və tibbi heyət qaçıb.
Sehiyye.info Rusiya mətbuatına istinadla xəbər verir ki, Başqırdıstan Respublikasının prokurorluğunun məlumatına görə, həkimlər analizlərin nəticəsini gözləyə bilməyib.
Daha əvvəl isə məlumat verilmişdi ki, koronavirusa yoluxmuş Xabarovsk sakini şəhər xəstəxanasından qaçmışdı. Onu tutub, xəstəxanaya geri qaytarmışdılar. Sanitar-epidemiloji qaydaları pozduğuna görə, onun haqqında cinayət işi açılır.