Türkiyəli alimdən həyəcan SİQNALI: Mutant virus daha ağır fəsadlara səbəb olur
Türkiyəli professor Tevfik Özlü mutasiya olunmuş virusun fəsadlarının daha ağır olduğunu bildirib.
Sehiyye.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, professor mutasiya etmiş virusa yoluxan insan sayı artdığını da bildirib:
“Mutasiya olunmuş virusla bağlı narahatçılıq var. İstər İngiltərə, istər Cənubi Afrika, istərsə də Braziliyada qeydə alınan variantlar yeni virusun daha sürətlə yayıldığını göstərir. Daha ağır xəstəliklərə səbəb olduğu və ölümcül olması haqqında xəbərlər gəlməyə başlayıb. Məsələn, Cənubi Afrikada gənclər, hətta uşaqlar arasında yoluxma sayının artdığı bildirilib. Biz adətən COVİD-19-un uşaqlara çox yoluxmadığını, yoluxsa da daha yüngül keçirdiyini görürdük. Amma son müşahidələr bu tendensiyanın dəyişdiyini göstərir. Odur ki, daha diqqətli olmaq lazımdır. Peyvənd olunan və xəstəliyi keçirənlərdə isə mutasiya olunmuş virusa qarşı immunitet meydana gəlir”.//publika