Bu şəxslərdə koronavirusdan ölüm faizi üçqat çoxdur
Şizofreniya xəstələrinin COVID-19-dan ölüm ehtimalı digər insanlardan üçqat daha çoxdur.
Sehiyye.info xəbər verir ki, Nyu-York Universitetinin alimləri bu qənaətə gəlib.
JAMA psixiatriya jurnalında yayımlanan məqalədə bildirilir ki, bu qrup xəstələrdə daha yüksək ölüm faizi ürək-damar xəstəlikləri, diabet və digər risk faktorlarından ciddidir.
Tədqiqat müəllifləri 3 mart - 31 may 2020-ci il tarixləri arasında Nyu-York xəstəxanalarında COVID-19 müalicəsi alan 7348 insanın xəstəlik tarixçəsini analiz edib. Onların 14%-də şizofreniya, əhval pozuntusu və ya psixoloji narahatlığa rast gəlinib. Daha sonra tədqiqatçılar 45 gün ərzində xəstələrin ölüm nisbətini hesablayıb.
Bütün məlumatların təhlili şizofreniyanın ən ciddi risk faktoru olduğunu göstərib. Belə ki, bu xəstəlik ölüm riskini 2,7 dəfə, 75 yaşdan yuxarı insanlarda isə 35,7 dəfə artırır. Şizofreniyadan sonra ikinci yerdə ürək xəstəliyi ölüm riskini artıran faktorlardan olub.//publika