sehiyye.info

Çinli həkimlər açıqladı: Yüksək şəkər səviyyəsi koronavirusdan ölüm riskini artırır

Çinli həkimlər açıqladı: Yüksək şəkər səviyyəsi koronavirusdan ölüm riskini artırır
Çin mütəxəssisləri qanda yüksək şəkər səviyyəsinin koronavirusun ağır formalarından ölüm ehtimalını bir neçə dəfə artırdığını deyib.

Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki, araşdırmanın nəticələri “Diabetologia” jurnalında yayımlanıb.

“Müşahidələrimiz ilk dəfə göstərdi ki, xəstəxanaya yerləşdirilən zaman qanda qlükoza səviyyəsinin yüksəlməsi ölüm riskinin artmasına səbəb olur və ya COVID-19 ilə əlaqəli ağırlaşmaların inkişafı ilə bağlıdır”, - həkimlər qeyd edib.

Həkimlər koronavirus infeksiyası olan bütün xəstələrdə qanda şəkər səviyyəsinin yoxlanılmasını tövsiyə edir.

Qeyd olunur ki, pandemiyanın başlamasından sonra tədqiqatçılar müəyyən edib ki, SARS-CoV-2 xəstəliyinin törədicisi siqaret çəkənlərə, həmçinin diabet, piylənmə və xroniki ürək xəstəliyi olan insanlara daha çox təsir edir. Həkimlərin fikrincə, ürək problemləri koronavirus xəstələrinin ölüm ehtimalını dörd dəfədən çox, piylənmə və şəkərli diabet isə beş qat artırır.



REKLAM