sehiyye.info

Azərbaycanda koronavirus bu tarixdə bitə bilər - AÇIQLAMA

Azərbaycanda koronavirus bu tarixdə bitə bilər - AÇIQLAMA
Azərbaycanda koronavirusla bağlı vəziyyət getdikcə sabitləşir. Belə ki, gündəlik yoluxma sayı artıq 100-200 arası dəyişib. Yanvarn 18-dən də Azərbaycanda vaksinasiyaya da start verilib. Müsbət dinamika davam edərsə, Azərbaycanda koronavirus pandemiyası nə zaman bitə bilər?

Bununla bağlı professor Adil Qeybulla bildirib ki, bu gün gündəlik yoluxanların sayı azalma dinamikası ilə davam edir və xəstəlik tədricən zəyifləyir:

"Əgər fevralın sonuna yaxın biz vaksinasiyanı uğurla həyata keçirə bilsək və kollektiv immunitetin formalaşmasına nail olunsa, biz mayda artıq istənilən uğuru əldə edə bilərik. Əlbəttə, bütün bunlar insanlarımızın davranışından və qoyulan karantin qaydalarına əməl etməsindən asılı olacaq. Əgər vaksinasiya istənilən nəticəni versə, artıq maya qədər bu xəstəliklə vidalaşa bilərik".//sonxeber



REKLAM