4 halda koronaya yenidən yoluxma baş verə bilər.
![]()
Rusiyalı immunoloq Nikolay Krüçkov insanın koronavirus infeksiyasına yenidən yoluxması üçün 4 şərt açıqlayıb.
Sehiyye.info xəbər verir ki, o, bunu "Komsomolskaya Pravda"ya müsahibəsində deyib.
“Birincisi, orqanizmin zəifləməsi, ikinci, immunitetin aşağı olması, üçüncü, peyvəndin vurulmasından 3-6 ay sonra onun virus əleyhinə müdafiə səviyyəsi aşağı düşür və beləliklə, təkrar yoluxma mümkündür; dördüncü, hər hansı insan sağaldıqdan sonra yeni Britaniya ştammına yoluxa bilər”, - o bildirib.//axar.az