Təmizlik vacibdir, sterillik ziyanlıdır – Tanınmış pediatrdan XƏBƏRDARLIQ
Uşağın immun sistemi ilk illərdə çox fəal şəkildə formalaşır. Ətraf mühitin, qidalanmanın və s. amillərin burada çox böyük rolu var.
Tanınmış ukraynalı pediatr Yevgeniy Komarovskiy bildirir ki, uşaq təmiz şəraitdə yaşamalıdır. Lakin həddindən artıq təmizlik, sterillik uşağın immunitetinin formalaşmasına çox ciddi ziyan vurur.
"Ətrafda bakteriyaların olması immun sistemini stimullaşdırır və məşq etdirir, onu infeksiyalarla mübarizə aparmağı öyrədir. Steril şəraitdə bu prosess pozulur və belə şəraitdə güclü immunitetin formalaşmasından söz gedə bilməz. İmmunitet tənbəlləşir, zəifləyir və istənilən ən cüzi patogen ağır xəstəliyin inkişafına gətirib çıxarda bilər:
Ətrafda bakteriya və virusların defisiti həmçinin ona səbəb olur ki, immun sistemi məşq etmir və infeksiya olmayan şeyləri infeksiya kimi qəbul edərək onlarla mübarizə aparmağa başlayır. Məhz belə allergiyalar inkişaf edir".
Sehiyye.info saglamolun.com-a istinadən bildirir ki, ÜST-nin məlumatlarına görə, allergiya və allergin xəstəliklər bütün dünyada, xüsusilə inkişaf etmiş ölkələrdə ildən ilə sürətlə artır və bu artıq ciddi qlobal problem kimi qiymətləndirilir.