sehiyye.info

Korona özü deyil, fəsadı insanı məhv edir – Xəbərdarlıq

Korona özü deyil, fəsadı insanı məhv edir – Xəbərdarlıq
Koronavirus insan orqanizminin müdafiəsini ciddi şəkildə zəiflədir, bu isə digər patologiyalara səbəb olur.

Sehiyye.info xəbər verir ki, bu barədə rusiyalı akademik, virusoloq Feliks Yerşov danışıb.

O bildirib ki, virus immun sisteminə təzyiq edir, ona görə də əlavə fəsadlar törədir.

“Əlbəttə, adi qripdə də orqanizm zəifləyir, immun sistemi pozulur və immun çatışmazlığı meydana gəlir”, - o bildirib.

Həkimin sözlərinə görə, bu səbəbdən risk qrupuna yaşlılar daxil edilib. Çünki uşaq və gənclərdə özünübərpa daha sürətli gedir və onların digər xəstəlikləri patologiya səviyyəsində olmur:

“Yaşlı insanlarda virus infarkt və insult riskini artırır”.

Yerşov bildirib ki, əsas problem də budur:

“Ölüm səbəbi də koronavirus olmur, onun immun sistemini məhv etməsi nəticəsində digər xəstəliklər insanın ömrünə son qoyur”.Axar.az



REKLAM