sehiyye.info

Bakıda COVID-19 xəstələrinə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin verilməsi müddəti artırılıb

Bakıda COVID-19 xəstələrinə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin verilməsi müddəti artırılıb
Nazirlər Kanbineti “Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarında dəyişiklik edib.

APA-nın məlumatına görə, qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti 2021-ci il yanvarın 1-dək uzadılıb.

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində müddətli əlavə müəyyən edilib.

Qeyd edək ki, bundan öncə bu müddət bu il iyulun 1-dən oktyabrın 1-dək olan dövrü əhatə edib.



REKLAM