sehiyye.info

"30 yaşım var, bundan sonra məni kim alacaq?

"30 yaşım var, bundan sonra məni kim alacaq?
İnsan şou-biznesə girməzdən əvvəl saf olur. Bura insanı tədricən sırtıldır. Bunu bilmirəm insanlar necə anlayacaq. Məni istəmədən bu aləmə saldılar. Çünki aktrisayam, mənim yerim deyil. Şou-biznes müğənnilərdən ibarətdir. Qəribə, standart olmayan şeylər görürsən. Şok olursan və getdikcə alışırsan.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "MTV Azərbaycan"a açıqlamasında deyib. Sənətçi şəxsi həyatı ilə bağlı sualları cavablandırıb:

"Şəxsi həyatım yoxdur, amma olsa, artıq gizlədəcəm. Özüm üçün yaşayıram. Çox güclü və ağıllı insanam. Həyat insanı öyrədir. Elə bir insan olmalıdır ki, o danışanda ağzımı açım qulaq asım ki, nələr bilir. Qadağalar qoysa qəbul edərəm: İnstaqramı bağlayaram, istəmədiyi filmə çəkilmərəm. 30 yaşım var, bundan sonra məni kim alacaq?"//Milli.Az



REKLAM