“Keçmiş yoldaşım mənə yataqda işgəncə verir, saçımdan tutub sürüyürdü, indi isə...” – Dəhşət doğuran oxucu məktubu
Sehiyye.info xəbər verir ki,Azadqadin.az saytının redaksiyasına hər cümləsi ilə tükləri ürpədən daha bir məktub daxil olub. Qoxulu filmlərdə olduğu kimi həyat yaşayan xanım, ikinci dəfə ailə qursa da yaddaşına həkk olunan acılardan qurtula bilmir. Azadqadin.az məktubu təqdim edir:
"Aynur xanım (Aynur Qurbanqızı), Mənim psixaloji problemlərim var. 4 il öncə ərim olan əclafdan ayrıldım. Amma onunla birlikdə olarkən mənə qarşı etdiyi vəhşiliklər psixaloji sarsıntılara səbəb oldu. Əsəb infaktı keçirmişdim onla evli olarkən. Hələ də ona olan qorxu canımda qalıb. Hələ də elə bilirəm evdə gəzir, məni nəyəsə görə döyəcək, ya mənə nəsə atacaq. Mənə dediyi pis küçə söyüşləri hələ də qulağımdadır. Böyüklərdən üzr istəyirəm iki dəfə açılma oldu məndə. İki körpəmi itirdim o şərəfsizin üzündən. Sevərək evlənməmişdik, o məni bəyənmişdi, ailəmin və yaxınlarımın təkidi ilə mən də razı olmuşdum onunla evlənməyə. Kaşki yox desəydim.
Bir aydır ikinci dəfə ailə həyatı qurmuşam. Yoldaşımın çox gözəl xasiyyəti var. Birinci ərim nə qədər pis idisə, bu bir o qədər yaxşıdır. Heç bir zaman evli olmayıb, məni görüb bəyəndi, uzun müddət əl çəkmədi, sonda gördüm ki, həqiqətən məni sevir, razı oldum evləndik. Çox gözəl insandı. Mədəni, humanist. Əsil kişidir. Qeydimə qalır, məni çox sevir. Ama mən ona layiq olduğu sevgini verə bilmirəm. Çünki, birinci ərimlə yaşadığım həyatı unuda bilmirəm. Hər zaman qorxu içindəyəm. Dayandığım yerdə ağlayıram, səbəbsiz yerə. Bəzən donub qalıram, fikrə gedirəm. Heç bilmirəm nə düşünürəm, niyə elə oluram. Üzr istəyirəm, intim münasibətdə də çox pisəm. Yataqda qoxuram. Birinci oğraş ərim hər gecə məni döyürdü, yataqda zorlayırdı, işgəncə verirdi. Deyirdi mən belə zövq alıram. Qaçıb hamamda gizlənirdim. Hamamın qapısını zorla açıb məni döyürdü, saçımdan tutub evin içində sürüyürdü. Manyak idi.
İndi ikinci yoldaşımla yatağa girəndə həmin başıma gələnlər yadıma düşür. Qorxudan ağlayıram, bədənim əsir, soyuq tər gəlir mənə. Titrəyirəm. Yoldaşıma doğru düzgün münasibətimiz olmayıb. Sağ olsun məni anlayır, heçnə demir. Amma nə qədər davam edəcək axı bu?
Mən necə xilas olacam bu xəstəlikdən? Keçən dəfə yoldaşım gəldi gördü ki, yemək bişirməmişəm, çünki çox pis idim. Dedi, niyə yemək hazırlamamısan? Elə bildim məni döyəcək, birinci oğraş ərimin etdikləri gəldi gözümün qabağına. Özümdən asılı olmadan hönkür-hönkür ağlamağa başladım. Yalvarıram ki, qurban olum vurma məni, yalvarıram vurma məni. Yazıq o da özünü itirdi ki, ay qız niyə vurum axı səni, sadəcə soruşdum da, yemək bişirməmisən canın sağ olsun. Sakit ol ağlama.
Amma mən özümü inandıra bilmirəm, elə bilirəm döyəcək. Bir də onda özümə gəldim ki yazıq məni hamama salıb, duşu açıb əl-üzümü yuyur ki, özümə gəlim. Məni çox sevir, bilirəm. Öl dəsəm özün öldürər. Amma mən içimdəki qorxudan xilas ola bilmirəm.
Qızlar mən nə edim? Necə edim? Hansı həkimin yanına gedim? Yazıq yoldaşıma layiq olduğu sevgini verə, xoşbəxt ola bilmirəm. Bu məni çox üzür".
Xanımın məktubunu təqdim etdi: Sədəf Aslanzadə