sehiyye.info

Oğlan hamilə sevgilisinə zorla kimyəvi maddə içirtdi- FOTO

Oğlan hamilə sevgilisinə zorla kimyəvi maddə içirtdi- FOTO
Sevgilisinin arzuolunmaz hamiləliyini anormal üsullarla sonlandırmaq istəyən oğlan həbs olunub.
Sehiyye.info Emtv.aza istinadla xəbər verir ki, İngiltərənin paytaxtı London şəhərində yaşayan 22 yaşlı Harief Pearson 17 yaşlı sevgilisini abort etməyə məcbur edib.

Qız rədd etdikdə isə oğlan ona işgəncə vermək qərarına gəlib. Google-da "arzuolunmaz hamiləlikdən necə qurtulmaq olar?", "uşaq nə vaxt düşür?" kimi suallar yazıb axtarış edən Harief əmisi uşaqlarından kömək istəyib.

Onlar qızı zorla evlərinə gətirib, döyüb, qarnını təpikləyib, dırnaqlarını çıxarıb, yaralarının üzərinə spirtli içki töküb, ağzını açıb, boğazından aşağı kimyəvi maddə töküblər.

Onlar qızı şüurunu itirənə qədər döydükdən sonra yol kənarına atıblar.

Xoşbəxtlikdən uşağa nəsə olmayıb. O, sağlam şəkildə dünyaya gəlib.
Oğlan hamilə sevgilisinə zorla kimyəvi maddə içirtdi- FOTO



REKLAM