sehiyye.info

Ramin Bayramlı təltif edildi

Ramin Bayramlı təltif edildi
Azərbaycan Respublikasının Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi"-nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı və TƏBİB-in Aparat rəhbəri Gündüz Əbdülov “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunub.



Sehiyye.info xəbər verir ki, 44 günlük "Vətən Müharibəsi"ndə Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində zərərçəkmiş mülki şəxslərə,hərbi qulluqçulara vaxtında lazımi tibbi xidmətlər göstərilməsi məqsədilə “Əks hücum əməliyyatları zamanı tibbi xidmətin təşkili üzrə Koordinasiya Mərkəzi” yaradılmış, Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin tabeliyində olan xəstəxanalar optimallaşdırılmış, peşəkar və ixtisaslı həkimlər və Təcili Tibbi Yardım briqadaları tərəfindən təxirəsalınmaz işlər görülmüşdür.Eyni zamanda, cəbhə xəttində xidmət etmək üçün müraciət etmiş özəl tibb müəssisələrində çalışan və Türkiyədə yaşayan azərbaycanlı həkimlərin müraciətləri əsasında onların müvafiq sahələr üzrə bölgüsünün aparılması və yerləşdirilməsi işi həyata keçirilmişdir.



Qeyd edək ki, sözügedən medalla Azərbaycan Respublikası ilə hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdikləri xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin hərbi qulluqçuları və digər şəxslər təltif edilirlər.



REKLAM